Freitag, 15. November 2013

Azərbaycanlilar heç vəqt bu farsrejiminin cenayetlerin unudmiyacaqlar




Mehdi Kuxian Marağa zindanına qayıdıb
Şənbə, 15.11.2013 04:40
GünAz TV: Tanınmış zərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian Marağa zindanına qayıdıb. Məlikkəndi (Məlikan) sakini olan həmin azərbaycanlı milli-mədəni fəal rejimin zindanında ağır xəstələndiyinə görə oktyabrın 22-dən (mehr ayının 30-dan) müalicə üçün məzuniyyətə (mürəxəsiyə) göndərilmişdi. Məzuniyyət müddəti sona çatdığına görə Kuxian çox sayda azərbaycanlı fəalın müşayiəti ilə yenidən Marağanın zindanında yola salınıb.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxian keçən il qışda (1391-cı il dey ayında) həbs olunub. O, zəlzələ bolgəsində evsiz əhaliyə yardım toplayıb çatdırdığı üçün 1 il həbsə məhkum edilib. O zindanda rejimin məhkəməsinin ədalətsiz hökmünə etiraz olaraq dodaqlarını tikib aclıq aksiyası keçirdi. Vəsiqə qarşılığında zaminə buraxılan fəal yenidən İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) məmurları tərəfindən tutulub və əlavə 1 il həbsə məhkum edilib.

Keine Kommentare:

Kommentar veröffentlichen