Freitag, 14. Juni 2013

رژیم فارس ایران درحین انتخابات ریاست جمهوری اش هم از فشار ورپرسال آزربایجانی ها دست بر نمیدارد.

Abbas Lisani barəsində yeni cinayət işi açılıb

abbas

GÜNEYNEWS : İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinə çağırılıb.APA-nın “Oyannews”a istinadən məlumatına görə, tanınmış azərbaycanlı fəal barəsində yeni cinayət işi açılıb. A. Lisaniyə “Çənlibel” adlı qrup təşkil etmək, Savalan dağında qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların GünAzTV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin ildönümündə iğtişaş yaratmaq, müxtəlif bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölunun qurumasına etiraz olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi pozmaq kimi ittihamlar irəli sürülüb. Onun məhkəmə prosesinin nə vaxt keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, A. Lisani 2003-cü ildə Azərbaycan türkcəsində təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə, 2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak etdiyinə görə həbs edilib.
Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A. Lisani həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.
Real Cəfərli – APA.

Keine Kommentare:

Kommentar veröffentlichen