21.06.2013 [1:38]
Son xəbər
Rusiyalı alim erməniləri ifşa etdi
“1915-ci ildə Osmanlı
imperiyasında 1,5 milyon erməni öldürülməyib, çünki həmin dövrdə
ermənilərin ümumi sayı 1,5 milyon nəfər olub”. APA-nın Moskva müxbirinin
verdiyi məlumata görə, bunu rusiyalı tanınmış türkoloq alim, Moskva
Dövlət Universiteti yanında Asya və Afrika Araşdırmalar İnstitutunun
direktoru Mixail Meyer deyib. “Rossiya Kultura” televiziya kanalında
yayımlanan “Türk marşı” proqramına qonaq olan Mixail Meyer və Rusiya
Elmlər Kademiyası Şərqşünaslıq İnstitutunun Türkiyə bölümümün direktoru
Natalya Ulçenko Türkiyə-Rusiya münasibətlərini müzakirə edərkən
Ermənistan-Türkiyə münasibətlərinə də toxunublar. “Osmanlı imperiyası
zamanı 1,5 milyon erməni öldürüldümü?” sualına Mixail Meyer belə cavab
verib: “Bu bizim ümumi problemimizdir. Çünki 1915-ci ildə Osmanlıda
yaşayan erməni əhalisinin ümumi sayı 1,5 milyon nəfər olub. Məncə, 1,5
milyondan bəhs etmək doğru deyil. Bundan başqa çoxlu insanın güllə ilə
və ya kəsilərək öldürüldüyünü demək düzgün deyil. Çünki, ermənilərin
çoxu sürgün vaxtı həyatlarını itiriblər”.
Proqram efirdə yayımlandıqdan sonra Rusiyadakı
erməni lobbisi Mixail Meyerə qarşı hücuma keçib. Belə ki, erməni
diasporu Rusiya dövlətinin erməni soyqırımını iki dəfə tanıdığını və
Mixail Meyerin dövlətin qərarını tanımadığını bildirib. Erməni lobbisi
Rusiya və Ermənistan ictimai təşkilatlarını Meyerə qarşı sərt münasibət
bildirməyə çağırıb. Ermənilər “Rossiya Kultura” telekanalının
rəhbərliyinə də hədə qorxu gəlməyə başlayıblar. Onlar Mixail Meyerin
iddialarını yalanlayacaq bir proqramın yayımlanmasını tələb ediblər.Erməni lobbisi Rusiya Dövlət Dumasından “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyəti daşıması ilə bağlı qanun layihəsinin qəbul olunmasını tələb edib.
Qeyd edək ki, Mixail Meyer Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov başda olmaqla bir çox tanınmış şəxslərin müəllimi olaraq da tanınır.
http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/155044-Rusiyal%C4%B1_alim_erm%C9%99nil%C9%99ri_if%C5%9Fa_etdi
Keine Kommentare:
Kommentar veröffentlichen