رژیم فارس ایران درحین انتخابات ریاست جمهوری اش هم از فشار ورپرسال آزربایجانی ها دست بر نمیدارد.
Abbas Lisani barəsində yeni cinayət işi açılıb
Haziran 14, 2013
GÜNEYNEWS : İranda azərbaycanlıların hüquqları uğrunda
hərəkatın liderlərindən olan Abbas Lisani Ərdəbil İnqilab Məhkəməsinə
çağırılıb.APA-nın “Oyannews”a istinadən
məlumatına görə, tanınmış azərbaycanlı fəal barəsində yeni cinayət işi
açılıb. A. Lisaniyə “Çənlibel” adlı qrup təşkil etmək, Savalan dağında
qanunsuz toplaşmaq, CD-lər yaymaq və həmin CD-lərdəki materialların
GünAzTV-də yayımlanmasına nail olmaq, mərhum İbrahim Cəfərzadənin
ildönümündə iğtişaş yaratmaq, müxtəlif
bildirişlər və CD-lər yaymaqla xalqı Urmiya gölunun qurumasına etiraz
olaraq keçirilən aksiyalara çağırmaq, İran İnformasiya, Təhlükəsizlik və
Kəşfiyyat Nazirliyinin (ETTELAAT) gizli məlumatlarını əldə etməyə səy
göstərmək və ona xələl vurmağa çalışmaq, həmçinin milli təhlükəsizliyi
pozmaq kimi ittihamlar irəli sürülüb. Onun məhkəmə prosesinin nə vaxt
keçiriləcəyi məlum deyil.
Qeyd edək ki, A. Lisani 2003-cü ildə Azərbaycan türkcəsində
təqvim yaydığına, 2003-2005-ci illərdə Bəzz qalasına yürüşdə, 2004-cü il
iyunun 22-də Ərdəbilin Sərçeşmə məscidindəki aksiyada, 2005-ci ildə
Məşrutə inqilabının ildönümündə Bağırxanın məzarı başındakı tədbirdə,
2011-ci il mayın 25-də Urmiya şəhərində 2006-cı il hadisələrinin
şəhidlərinin ildönümündə, 2011-ci il sentyabrın 9-da Ərdəbildə Urmiya
gölünün qurumasına etiraz olaraq keçirilmiş aksiyada və 2012-ci il
sentyabrın 27-də mərhum İbrahim Cəfərzadənin ildönümündə iştirak
etdiyinə görə həbs edilib.
Azərbaycanlı fəal 2005-ci ilin iyulunda Bəzz qalasına
yürüşdə, 2006-cı ilin mayında karikatura hadisəsinə etiraz aksiyalarında
iştirak etdiyinə görə 30 ay azadlıqdan məhrum edilib. 2007-2009-cu
illərdə bir hissəsini Yəzd həbsxanasında həbs cəzasını çəkib. A. Lisani
həbsxanada saxlanıldığı müddətdə bir neçə dəfə aclıq aksiyası keçirib.
Real Cəfərli – APA.
Keine Kommentare:
Kommentar veröffentlichen