Türkiyədə yayımlanan “Möhtəşəm yüzil” serialında Səfəvi dövləti bir daha təhqir edilib.
Serialın 115-ci bölümündə Səfəvi dövləti dəfələrlə fars dövləti
kimi təqdim olunub. Bununla əlaqədar Türkiyədə yaşayan güneyləı
soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Ankara təmsilçisi
Məhbub Əmrahi prokurorluğa müraciət edib. O, öz müraciətində “ Səfəvilər
türk dövlətidir. Bu dövləti fars dövləti kimi təqdim etmək inkar və
təhqirdir” deyə vurğulayıb. Müraciətlə əlaqədar araşdırma aparılır.
Bununla bağlı AzNews.az-a müsahibəsində Məhbub Əmrahi müraciətinə belə
aydınlıq gətirib:
dövləti aşıq-aydın Fars dövləti kimi təqdim edidi. Mən bir türk və
azərbaycanlı olaraq bundan şikayəçiyəm. Artıq prokurorluq şikayət
ərizəsinə cavab verib, ərizəyə nömrə verilib. Serialı çəkən şirkət
İstanbulda yerləşir. Buna görə də ola bilsin ki, soruşdurma İstanbulda
aparılsın.
-Məhbub bəy, əvvəllər də bu serialda Səvəfi dövləti ilə
bağlı təhqirlərə yol verilib. Niyə məhz indi şikayət etmək qərarına
gəldiniz?
- Haqlısız. O zamanlar da buna çox əsəbləşmişdim. Ancaq Səfəvilərin
kimliyini inkar etmək və onların fars olduğunu demək bardağı daşıran
son damla oldu. Biz Güneydə kimlik savaşı aparırıq. Türkiyə mediası bizi
inkar edə bilməz.
- Amma Güney Azərbaycanın varlığından Türkiyədə ümumiyyətlə xəbərdar olmayanlar var.
-Əslində Türkiyədəki tarixçilər bunu çox yaxşı bilir. Xüsusən də
əgər “Möhtəşəm yüzil” kimi tarixi bir serial çəkirlərsə, o zaman bu
ssenarini yazanlar bunu yaxşı bilməlidir. Onlar Səfəvilərin kökünü çox
yaxşı bilirlər. Əlbəttə söhbət adi insanlardan yox, tarixçilərdən gedir.
Üstəlik bizim xalqımız həm Quzeydə, həm də Güneydə bu serialı izləyir.
Buna görə də daha diqqətli olmaq, tarixi inkar etmək olmaz.
- Bəs o zaman bu münasibət hardan qaynaqlanır?
-Bizim xalqımız türk olduğunu bilir. Buna görə də Səfəvilərin fars
adlandırması mənim kimi hər bir Azərbaycan türkünü narahat edir. Mənə
elə gəlir ki, bu ideologi bir çatışmanın sonucudur. Türkiyədə məzhəbçi
qruplar elə Osmanlı dövlətindən bu günədək Səfəvilərin türklüyünü inkar
edib. Şah İsmayılın türkcə yazdığı məktublara Osmanlı sultanı fars
dilində cavab verib onu təhqir etməyə çalışırdı. Bundan başqa
Türkiyədəki 15 milyona yaxın ələvinin də tarixi inkar edilir. Səfəvilər
isə sadəcə biz azərbaycanlıların yox, Türkiyədəki 15 milyon ələvinin də
tarixi və kimliyidir.
- Bu ideoloji bir savaş kimi qəbul edilə bilər. Amma serial
çəkib bundan pul qazanmağı qarşılarına məqsəd qoyanlar niyə bu savaşa
qatılır?
- Məncə Türkiyədəki tarix anlayışı bu ideoloji savaşın əsarəti
altında qalıb. Ona görə də dövlət tərəfindən Səfəvi tarixi mənimsənilib.
Bu səbəbə görə də film yapımçıları da bunun təsiri altında qalıblar.
Digər tərəfdən İranla Türkiyə arasında anlaşmazlıqlar var. Buna görə də
Türkiyə mediası İranı aşağılamaq istəyir. Ancaq unudurlar ki, səhv
tərəfdən hücuma keçiblər. Çünki Səfəvilər də türkdür və bugünki fars
kimlikli İran dövləti ilə heç bir əlaqəsi yoxdur.
-Şikayətinizin sonucu kimi nə gözləyirsiz? Siz bir diş həkimisiz, olmazdımı ki, bu məsələdə tarixcilər öndə olsun?
- Mənim əsas hədəfim bu məsələnin gündəmə gəlməsi və mətbuata
çıxarılmasıdır. İlk əvvəldən də ciddiyə alınacağımı gözləyirdim.
Yanılmadım. Min tarixçi deyiləm, ancaq tarixçiləri bu məsələyə çəkə
bilmək üçün belə bir soruşturma lazım idi.
-Sizcə tarixçilər, Səfəvi tarixi araşdırmaçıları niyə susur?
- Məncə Azərbaycanda kimlik və türklüyə yetərincə önəm verilmir. Bu
tarixi və mədəni çalışmalar yetərincə aparılmır. Mənim Azərbaycan
dövləti və qurumlarından iki istəyim var. Birincisi bu məsələyə yüksək
səviyyədə etiraz bildirilməlidir. Rəsmi olaraq bir münasibət ortaya
qoyulmalıdır. İkincisi isə Türkiyədə yetki sahibi olan qurumlara və
dövlətə rəsmən Azərbaycan dövləti tərəfindən müraciət edilməlidir. Bizim “azəri” yox, türk olduğumuz deyilməlidir. Türkiyədə bizə sanki başqa millətmişik kimi “azəri” deyirlər. “Azəri” kəlməsi fars rejiminin Pəhləvi dönəmində bizi assimilyasiyaya tabe etmək üçün uydurulan qondarma bir addır.
dövlətə rəsmən Azərbaycan dövləti tərəfindən müraciət edilməlidir. Bizim “azəri” yox, türk olduğumuz deyilməlidir. Türkiyədə bizə sanki başqa millətmişik kimi “azəri” deyirlər. “Azəri” kəlməsi fars rejiminin Pəhləvi dönəmində bizi assimilyasiyaya tabe etmək üçün uydurulan qondarma bir addır.
- Serialın 11 dekabrda yayımlanan bölümündə Səfəvi
http://www.gamac.at/index.php/9-uncategorised/1954-%E2%80%9Cm%C3%B6ht%C9%99%C5%9F%C9%99m-y%C3%BCzil%E2%80%9Dd%C9%99n-%C5%9Fikay%C9%99t%C3%A7i-olan-az%C9%99rbaycanl%C4%B1-aznews-az-a-dan%C4%B1%C5%9Fd%C4%B1.html
Keine Kommentare:
Kommentar veröffentlichen